XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2015 - 12:54

Ukraynadan şok təklif: “Azərbaycanı “Şərq Tərəfdaşlığı”ndan ayırın!”

Ukraynanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev hesab edir ki, Avropanın “Şərq Tərəfdaşlığı” Proqramına yenidən baxmaq və Azərbaycan, Belarus, Ermənistanı ayırmaq lazımdır.

Strateq.az xəbər verir ki, bu bərədə K.Yeliseyev bu gun 8-ci Kiyev Forumunda bildirib.

“Birincisi, biz “Şərq Tərəfdaşlığı” siyasəti çərçivəsində differensasiya siyasətini təmin edə bilərik. Mənə elə gəlir ki, artıq üç ölkəni-Ukrayna, Gürcüstan və Moldovanı, Ermənistan, Azərbaycan və Belarusiyadan ayırmaq lazımdır. Biz bunu Riqa sammitində etməyə çalışdıq. Bizim Ukrayna, Gürcüstan və Moldova ilə bağlı razılaşdırılmış üçtərəfli bəyanatımız oldu. Yəni, dəqiq differensasiya”, – deyə, ukraynalı diplomat vurğulayıb.

Strateq.az