XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 18:09

“Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır” –Rusiyalı ekspert Kazan prinsiplərini açıqladı

markov

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin qismən diplomatik həlli üçün əlverişli şərait yaranıb. Ermənistan və Azərbaycan müvəqqəti tarixi güzəştlərə gedə bilərlər".

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, münaqişənin qismən diplomatik həlli hazırlanmasında Dmitri Medvedevin də iştirak etdiyi Kazan prinsiplərinin həyata keçirilməsi ilə mümkün ola bilər.

“Prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bundan savayı, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır”, – Markov belə deyib.

Onun sözlərinə görə, bu həll yolu münaqişə iştirakçılarının əksəriyyətini qane edir.

“Bu ssenarinin gerçəkləşdirilməsinə iki həftədən sonra da başlamaq olar”, – ekspert bildirib.