Avstraliyada oxuyan tələbələrimiz erməni təxribatlarına qarşı keçirdikləri etiraz aksiyalarıyla gündəmə gəliblər.
Strateq.az xəbər verir ki, tələbələr ermənilərin bir neçə gün öncə Azərbaycan səfirliyi qarşısında 3 günlük müharibəyə etiraz aksiyası keçirəcəklərini eşidib ölkəmizin nümayəndəliyinin önünə toplaşıblar.
Gənclər bundan sonra da bənzər aksiyalarını davam etdirəcəklərini bildirirlər. Məlumatı bizə çatdıran tələbə Sabir Əliyevin bildirdiyinə görə, növbəti aksiyanı aprelin 24-də keçirməyi planlaşdırırlar: “Erməni millətçilərinin uydurub dünyaya yaymaq istədiyi genesid yalanını Türkiyəli tələbə qardaşlarımızla bərabər baykot edəcəyik. Bu, yalan təkcə Türkiyəyə qarşı deyil, Azərbaycana və bütünlüklə Türk dünyasına qarşı yönəlib. Bizim də vətəndaşlıq borcumuz bu yalanı ifşa etməkdir.”
Tələbələrin bir neçə gün öncə keçirdikləri aksiyanın görüntülərini təqdim edirik: