XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 18:35

Prezidentdən yeni təyinatlar –Məleykə Abbaszadə ilə Samir Nuriyevə yeni vəzifələr verildi

İlham-Eliyev-mushavire-4

Prezident İlham Əliyev bu gün bir neçə təyinatla bağlı sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Abbaszadə dünən ləğv edilən TQDK-nın sədri idi.

Digər sərəncamla isə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilərək, dünən yaradılan Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin olunub.