XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 00:36

“Kosmosa raket çıxarmaqda birinci yerdəyik” –Putin

Vladimir Putin

"Rusiya kosmos sahəsində öz liderliyini qoruyur".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. 

O, kosmonavtika səhəsində ilk addımı atan Rusiyanın bu uğurunu davam etdirəcəyini bildirib: “Rusiya dünyada liderliyini qoruyub saxlamağı bacarır. Raketlər üçün mühərrik sahəsində rəqabət gücünə malikik. Keçmişdə olduğu kimi, kosmosa raket çıxarmaqda birinci yerdəyik. Aktiv olaraq peyklərin modernləşməsi üçün çalışırıq”.

Putin Şərq aerodromunun uçuşlar üçün hazır vəziyyətə gətirildiyini də açıqlayıb(Axar.az).

Qeyd edək ki, 1961-ci ilin bu günü rusiyalı kosmonavt Yuri Alekseyviç Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçuş həyata keçirmişdi.