XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 16:30

Azərbaycan ordusunun növbəti təlimi – Foto/Video

ordu_25.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.
Təlimlərdə şəxsi heyət hücum əməliyyatlarında mühəndis təminatı tapşırıqlarının icrası üzrə fəaliyyətləri icra ediblər.
üç mərhələdə keçirilən təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin gələcək döyüş əməliyyatlarına praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

ordu_23.jpg

ordu_26.jpg

Strateq.az