XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 06:04

Prezidentdən TAP layihəsində iştirak edən dövlətlərə mesaj

Картинки по запросу prezident buta

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də «Buta» sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı bir sıra vacib məqamlara toxunub: «Son müddət ərzində, keçən bayramlardan sonra, görün energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş verib. Keçən il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib».

Dövlət başçısı vurğulayıb ki, mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulub: «İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə, əlbəttə ki, Cənub Qaz Dəhlizinin tam şəkildə işə düşməsi «Şahdəniz» yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir».

İlham Əliyev bildirib ki, əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil: «Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq».

İlham Əliyevin TAP iştirakçılarına məsuliyyətli olmaqla bağlı ünvanladığı mesajın arxasında hansı məqamlar ola bilər? Hər halda, məsuliyyətsizlik edənlər var ki, Prezident bu mətləbə toxunur. TAP üzvlərinin hansından məsuliyyətsizlik gözləmək olar?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirdi ki, Prezidentin həmin bəyanatı təsadüfdən ortaya çıxmayıb: «Konkret ad çəkilməsə də, ümumən TAP iştirakçılarına ünvanlanan bir xəbərdarlıqdır. çünki həmin boru kəmərinin çəkilşi məqsədli şəkildə təxirə salınır. Bu da nəql ediləcək qazın hasilatçısı olan Azərbaycan tərəfini narahat etməyə bilməz. Biz qazın alqı-satqı müqaviləsini 2013-cü ilin sentyabrında imzalayanda göstərmişik ki, Azərbaycan qazı 2019-cu ildə Avropaya nəql edilməlidir. çox təəssüflər olsun ki, 2014-cü ildə konsorsiumun rəhbərliyi elan etdi ki, Azərbaycan qazını 2020-ci ilin əvvəlində alacaq. Bundan da bir qədər sonra, may ayının 23-də İtaliyanın iqtisadi inkişaf naziri bir sərəncam imzaladı. Orda göstərildi ki, kəmərin inşası 2020-ci il dekabrın 31-də başa çatacaq.

Bu o deməkdir ki, Azərbaycan qazı əsas bazara 2021-ci ildə daxil olacaq. Bütün bu yaşananlar cənab Prezidenti belə çıxış etməyə vadar edib. Biz üzərimizə düşən işlərə ciddi yanaşırıqsa, qarşıdakılar da analoji addımlar atmalıdır».

Məhəmmədəli QƏRİBLİ