XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 17:55

Ermənilər bu dəfəATƏT-ə gileyləndilər

atet

Bu gün Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşüb.  E.Nalbandyan aprelin əvvəlində cəbhə xəttindəki əməliyyatlar barədə səfirləri məlumatlandırıb.

Nalbandyan bu dəfə də ənənəvi erməni taktikasına sadiq qalaraq ATƏT ölkələrinin səfirlərinə Azərbaycandan gileylənib.

Bundan əvvəl isə Nalbandyan Yerevanda akkreditasiya olunmuş səfirlərlə görüşmüşdü.

Əvvəli illərdən fərqli olaraq  bu dəfə Ermənistanın təxribatları nəticəsində hərbi əməliyyatların başlaması dünya mediasında açıq vurğulanmağa başlandı. Hətta ənənəvi olaraq ermənilərə rəğbəti ilə seçilən nüfuzlu media orqanları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləməkdən çəkinmədilər. Bütün bunlar Yerevanda çox böyük narahatlıq yaradıb. Ermənistan XİN-nin ard-arda səfirlər üçün artıq  3-cü brifinqi keçirməsi də bu təlaşın nəticəsidir. Erməni diplomatlar yenidən dünyanı  yalanlara inandırmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar.

Strateq.az