Almaniyada Xristian Demokrat İttifaqı və Bavariyanın Xristian – Sosial İttifaqı Partiyalarının federal parlamentdə Qrup rəhbəri Mişel Qross-Brömer Türkiyədə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin böyük ehtimalla iyunun 2-də müzakirəyə çıxarılacağını bildirib.
Bundan əvvəl bu məsələnin Türkiyədə 1915-ci il erməniləin “soyqrım” kimi təqdim etmək istədiyi köçürülmənin 101-cü ildönümü ilə bağlı səsvermənin 24 apreldə keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verilmişdi.
Yaşıllar Partiyasının həmsədri Cem Özdemir “AFR” agentliyinə açıqlamasında “Birgə hazırlanmış qətnamənin parlamentdə daha tez müzakirəyə çıxarılmasını istəyərdik, amma müzakirə tarixindən daha vacib, partiyaların “eyni dildə danışacağıdır”- deyib. Onun sözlərinə görə, parlamentdə konkret ifadələr işlədiləcək: “Bəli Osmanlı imperiyası vaxtında ermənilərin məruz qaldığı cinayətin adı soyqrımdır. Bunda Almaniyanın da məsuliyyəti vardır”.
Ötən il də Almaniyada qondarma "erməni soyqrımı" ilə bağlı qərar qəbul olunması məsələsi gündəliyə gəlmişdi. Lakin bununla bağlı parlamentdə səsvermə keçirilməmişdi.
Strateq.az