XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 07:22

“Qafqaz qartalı”: xüsusi təyinatlıların Türkiyədə təlimi olacaq

ozel_TIM.jpg

Türkiyə, Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin birləşmələri 31 may-10 iyun tarixində Türkiyədə birgə hərbi təlim keçirəcəklər.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi internet saytında məlumat verilib. Məlumatda bildirilir ki, “Qafqaz qartalı” adlandırılan xüsusi təyinatlı hissələrin təliminə Türkiyə ev sahibliyi edəcək. Təlim Türkiyə, Azərbaycan, Gürcüstan xüsusi təyinatlı hərbi qüvvələri arasında dostluq və əməkdaşlığın, koordinasiyanın inkişaf etdirilməsi, bilik və təcrübə mübadiləsi və birlikdə hərəkət etmək bacarıqlarının artırılması məqsədilə keçirilir.

Təlimdə Türkiyədən bir xüsusi təyinatlı qrup, iki hərbi vertolyot, bir nəqliyyat təyyarəsi iştirak edəcək. Azərbaycan və Gürcüstandan isə hər ölkənin bir xüsusi təyinatlı qrupu iştirak edəcək.

Strateq.az