XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2016 - 20:34

Putinin hərbi ittifaqının rəhbəriYerevana gələcək

Nikolay Borduja

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja aprelin 14-15-də Ermənistana işgüzar səfər edəcək.

Səfər zamanı Bordyuja Ermənistan prezideneti, XİN rəhbəri və müdafiə naziri Seyran Ohanyanla görüşəcək.

Danışıqlarda təşkilatın XİN başçıları, müdafiə nazirlərinin, Təhlükəsizlik Şurası katiblərinin iyun-iyul aylarında Yeravanda keçiriləcək toplantılarına hazırlıq müzakirə olunacaq.

Təşkilatın mətbuat xidmətinin açıqlamasına bildirilir ki, Bordyuja “aprelin əvvəlindən Qafqaz regionunda yaranmış gərgin vəziyyət də müzakirə olunacaq”.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 14 may 1994-cü ildə Daşkənd müqaviləsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 6 üzvü (Rusiya, Qazaxıstan, Ermənistan, Tacikistan, Belarus, Qırğızıstan) var.

Strateq.az