XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 20:37

Cenevrə danışıqlarının növbəti turu başladı:Suriyanın taleyi müzakirə masasında

 

cenevre

Suriya böhranının həlli üçün keçirilən və siyasi keçid prosesinin ələ alındığı Cenevrə danışıqlarının yeni mərhələsi başlayıb.

Strateq.az xəbər verir ki, BMT-nin Cenevrə ofisində keçirilən danışıqların ilk günündə təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura suriyalı müxaliflərin yaratdığı Müzakirə Yüksək Komitəsi (MYK) heyətiylə bir araya gəlib. Mətbuata bağlı keçirilən görüşün 2 saat davam edəcəyi gözlənilir.

Müzakirəyə qatılacaq rejim heyətinin hələ Cenevrəyə gəlmədiyi bildirilir. Onlar bu gün ölkələrində keçirilən parlament seçkilərindən sonra, daha konkret desək, sabah müzakirələrə qatılacaqlar.

Danışıqların bu turunda siyasi keçid prosesi və digər mühüm məsələlər ələ alınacaq. Bunu BMT nümayəndəsi Mistura da bir müddət əvvəl Tehranda iranlı rəsmiləriylə keçirdiyi görüşün ardından etiraf edərək, deyib: "Cenevrə danışıqlarının növbəti mərhələsi son dərəcə əhəmiyyətlidir. Çünki danışıqlar əsasən siyasi keçid, rəhbərlik və konstitusiya prinsipləri üzərinə fokuslanılacaq”.