Amerikanın hava hücumları zamanı indiyədək İraq və Suriyada 25 min İŞİD üzvü oldürülüb.
Strateq.az xəbər verir ki, bu iddidanı Pentagon irəli sürüb. İddiaya görə “xilafət”in ələ keçirdiyi milyonlarla dollarlıq əmlak da məhv edilib.
Yerli qaynaqlar isə Pentaqonun rəqəmləri şişirtdiyini və bombardıman nəticəsində ölən mülki vətəndaşların da İŞİD-çilərin sırasına yazıldığını bildirirlər. Onların fikrincə, Pentaqon bu açıqlamayla öz qəbahətini ört-basdır etməyə çalışır.