XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 21:18

ABŞ-dan Ankaranı qəzəbləndirəcək daha bir qərar –Pentaqon YPG-yə təlim keçəcək, silahlar verəcək

ordu-abs

ABŞ rəsmi Ankaranı qəzəbləndirəcək daha bir qərara imza atıb.

Strateq.az Türkiyənin FOX TV kanalına istinadən xəbər verir ki, ABŞ Suriyada yerləşən və Türkiyənin PKK-nın bir qolu hesab etdiyi terror təşkilatı – YPG-yə birbaşa hərbi və texniki dəstək verəcək:

"Pentaqon YPG-nin 1500 nəfərlik üzvlərini xüsusi əməliyyatlar üzrə hazırlayacaq, onlara təlim keçəcəklər. Bununla kifayətlənməyən ABŞ YPG-ni silahlandıracaq da. Türkiyənin terror təşkilatı saydığı YPG-yə silah verilməsiylə yanaşı, hərbi texniki yardımlar da göstəriləcək. ABŞ bəyan edib ki, hazırlanan YPG-çilər İŞİD-ə qarşı istifadə olunacaq. Yəni tərəflər arasında belə bir razılaşma olunduğu bildirilib".

Türkiyə tərəfi isə ABŞ-dan hər cür dəstək alan YPG-nin həmin silah və xüsusi hazırlanan qüvvələrin Türkiyəyə qarşı istifadə olunacağını iddia etməyə başlayıb.

Kanalın xəbərinə görə, Türkiyənin narahatlığını qəbul etməyən Pentaqon rəhbərliyi buna baxmayaraq, narazılığı qismən səngitmək üçün "diplomatik addım" da atıb: "Pentaqon bəyan edir ki, 500 nəfərlik müxalif türkmən dəstəsi də YPG-də olduğu kimi, hazırlanacaq və onlara da hər cür dəstək veriləcək". 

Kanal xəbər verir ki, hazırda Pentaqonun tələbi üzrə YPG 1500 nəfərlik silahlı üzvlərinin siyahısını hazırlayır