XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 21:25

Qəddafi İsrailə minnətçi düşüb,amma rədd cavabı alıb

 

kaddafi

 

Liviyanın sabiq lideri Muammər Qəddafi ölümündən az əvvəl İsraili Qərb koalisiya qüvvələrinin hava hücumlarını dayandırması üçün vasitəçilik etməyə çağırıb.

Strateq.az-ın məlumatına görə, “Times of Israel” saytı bu xəbəri yayıb.

 İsrailin ordu radiosuna istinadən verilən xəbərdə bildirilir ki, Qəddafi Qüdsə elçi göndərərək, diplomatik gücündən istifadə edən İsrailin ABŞ və Fransa ilə ünsiyyətə keçməsini, NATO hücumlarını dayandırmağa səy göstərməsini xahiş edib.

Elçi, Qəddafinin devriləcəyi təqdirdə, Avropa və Liviyanı böyük təhlükələrin gözlədiyi barədə yəhudilərə xəbərdarlıq edib.

İsrailin cavabı isə çox konkret olub. Məlumata görə, təklif çox qısa bir zamanda gözdən keçirildikdən sonra rədd edilib.

“Times of İsrael” bildirir ki, İsrail Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar saytın suallarına cavab verməyib.
Xatırladaq ki, Liviyanın əfsanəvi lideri “ərəb baharı” qiyamı nəticəsində 2011-ci ilin avqustunda devrilmiş, sentyabrın 20-nə qədər isə gizlənə bilmişdi. Daha sonra üsyançıların əlinə keçən Qəddafi linç edilərək öldürülmüşdü.