XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 21:55

“Ordumuz azad etdiyi mövqələrin heç birini tərk etməyib” –Nazirlikdən Xocavəndlə bağlı xəbərə reaksiya

mudafie-n-1

“RİA Novosti-nin Xocavəndin (Martuni) azad edilməsi barədə yaydığı xəbər həqiqəti əks etdirmir. Azərbaycanın hərbi qüvvələri Ermənistanın ilhaq etdiyi və bu gün də işğal altında saxladığı həmin şəhərə girməyib”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un redaksiyasına göndərilən bəyanatda belə deyilir.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan ordusu son hərbi əməliyyatlar zamanı azad etdiyi mövqelərdə qalıb və onlardan heç birini tərk etməyib.

Xatırladaq ki, bir müddət əvvəl RİA Novosti Qarabağa ezam olunmuş xüsusi müxbirinin reportajını yaymışdı. Reportajda işğalçı ordunun tank batalyonunun komandir müavininə istinadən bildirilirdi ki, dörd günlük müharibə zamanı Azərbaycan ordusu qısa müddətə Martuni (Xocavənd) şəhərini də tutubmuş…