XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 23:19

Rus təyyarələriABŞ savaş gəmisini təhdid etdi

gemi

Rus döyüş təyyarələri Amerikanın Baltik dənizində beynəlxalq sularda üzən “USS Donald Cook” gəmisi üzərindən təhlükəli alçaq uçuşlar həyata keçirib.

Strateq.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi bildirib.

Pentaqonun yüksək səviyyəli səlahiyyətlisinin sözlərinə görə, Amerika gəmisi ikitərəfli hərbi əlaqələri inkişaf məqsədilə Polşaya gedirmiş.  

Məlumatda ilk “içəşmə”nin aprelin 11-də qeydə alındığını bildirilir. Baltik dənizində Kaliningradın 70 dəniz mili sahillərində iki rus SU-24 döyüş təyyarəsi Amerika gəmisinin 100 feet (təxminən 30 metr) üzərindən 20 dəfə müxtəlif istiqamətlərə uçub.

12 apreldə də eyni hadisə həm də daha təhlükəli tərzdə təkrarlanıb. Əvvəl bir rus “KA27” vertolyotu gəmi üzərində fırlanaraq, fotoşəkillər çəkib. Daha sonra  yenə iki SU-24 döyüş təyyarəsi peyda olub və 11 dəfə gəmi üzərindən uçub. Bu dəfə uçuş məsafə daha alçaq olub.

"Təyyarələr elə yaxın olub ki, dəniz üzərində dalğalanmalar meydana gətirib"– deyən Pentaqon yetkilisinin sözlərinə görə, rus təyyarələri son manevrlərində cəmi 30 feet (təxminən 10 metr) yüksəklikdən uçublar. Bunun “hücum məşqi" olduğunu düşünən yetkili təyyarələrin silahsız olduğunu və  radio-dalğalara cavab vermədiyini vurğulayıb: "Bu, əvvəl gördüklərimizdən daha aqressiv hərəkət idi".

Ötən il aprel ayında Qaradənizdə də bənzər hadisə meydana gəlmiş və Pentaqon sözçüsü Steve Varren bir rus döyüş təyyarəsinin “USS Donald Cook” gəmisinə 90 dəqiqə boyunca alçaq uçuşla təcavüz etdiyini ifadə etmişdi.

Kaliningrad Rusiya Federasiyasıyla sərhədi olmayan, Litva ilə Polşa arasında Baltik dənizi sahilində yerləşən bir torpaq parçasıdır.

ABŞ-ın donanmasının ən əhəmiyyətli gəmilərindən olan 154 metr uzunluğundakı "USS Donald Cook" saatda 56 kilometr sürətlə üzə bilir. Gəmini digər həmcinslərindən ayıran ən əhəmiyyətli xüsusiyyəti isə ballistik raket qalxanı "Aegis" sisteminə malik olmasıdır. Bu sistem müasir radarlar sayəsində raket atışları daxil olmaqla, bir çox hücuma qarşı "qalxan" vəzifəsi görür.

Strateq.az