XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 11:33

ABŞ Dövlət Departamenti hesabat yaydı:Qarabağ, insan hüquqları...

ABS_

ABŞ Dövlət Departamenti “2015-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti”nə dair geniş hesabatını açıqlayıb.

Sənəddə Azərbaycan hüquq və azadlıqlar məsələsində tənqid edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ və ona bitişik rayonlarda Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və digər 7 rayon üzərində nəzarəti davam etdirir.

“Azərbaycan-Ermənistan sərhədi boyunca təmas xəttində zorakılıq hallarının artması müşahidə olunub. Bütün il boyu aparılan hərbi əməliyyatlar zamanı dinc əhalin arasında qurbanların olması bunu təsdiqləyir”,-deyə bildirilib.

Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı zorakılığın, insan alverinin artması ilə bağlı məlumatlar yayılıb(Modern.az).