Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Türkiyəni dost bir ölkə kimi gördüyünü deyib.
O, Rusiyanın dünyadakı ölkələrin böyük əksəriyyəti ilə yaxşı münasibətlərinin olduğunı ifadə edib.
Rusiyanın Türkiyədə yalnız bəzi siyasətçilərlə problemi olduğunu deyən Putin ölkəsinin Türkiyə ilə bağlı vəziyyətə sakitliklə reaksiya verdiyini bildirib.
Putin həmçinin Rusiyanın əməkdaşlıq etmək istəyən xarici tərəfdaşlarına əl uzatmağa hazır olduğunu bildirib(Bloomberg News).