XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 14:53

Ərdoğan zirvə toplantısında dünyaya və BMT-yə mesaj verdi:"Yerimizi, haqqımızı almalıyıq"

erdoqan-55

Xəbər verdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısı öz işinə başlayıb.

Zirvəni Türkiyə prezidenti Tayyib Ərdoğan aparır. Ərdoğan 13-cü İƏT Zirvə Toplantısının başqanı olaraq öz çıxışına başlayıb. 

Hər kəsi salamlayan Ərdoğan deyib ki, onun dini nə sünnidir, nə şiə: "Mən müsəlmanam. İslam adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edəməz, müsləmanlara faydalı olamaz. Biz İslam dövlətləri olaraq nə qədər bir birimizə düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda qırılan, zərər görən, əziyyət çəkən hər yerdə müsəlmanlardır. Ona görə də biz yapıcı olmalıyq. Dostların sayını artırıb, düşmənlərin sayını azaltmalıyıq. İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməlidiyik. Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaltmaq, düşmənləri azaltmalıyıq. Bugünki zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm”.

R. T. Ərdoğan bildirib ki, hazırda İŞİD, "Boko Haram", "əş Şahab" qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir: “Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləşmişik”.

R. T. Ərdoğan Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma sərgiləndiyini söyləyib: “Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu terror aktlarında yüzlərlə insan öldü. Fərqi yoxdur, bir insan da ölsə, bütün insanlığın ölümüdür. Lakin Paris, Brüsseldəki terrordan danışanlar niyə İstanbul, Ankara, Lahordakı terroru demir?

Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram”. 

Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb: “Türkiyə bu sahədə işlərin təşkilatlandırılmasının tərəfdarıdır. Eyni formada Səudiyyə Ərəbistanının başçılığı ilə qurulan İslam İttifaqını dəstəkləyirik. İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər”.(APA)

Musavat.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının quruluşunu da tənqid edən Ərdoğan deyib ki, ədalətsizlik üzərində qurulan bir qurum dünyaya ədalət dağıda bilməz:

"Bu, dəyişdirilməlidir. Biz də İslam ölkələri olaraq, orada öz yerimizi haqqımızı tələb etməliyik. Ağlamayan uşağa süd verilməz. Biz də öz haqqımızı israrla tələb etməliyik. BMT TŞ dünyadakı gerçəklikləri, yapılanmaları nəzər alaraq, yenidən qurulmalıdır". 

Ərdoğan dostluq və qardaşlıq çağırışlarından sözə keçmək, gəncliyə, qadınlara önəm vermək təklifini verib: "Bir təklifim var –  İslam İş birliyi Təşkilatının Qadın Konfransı oluşdurulsun. Müsəlmanların öz qadınlarının dərdlərini danışmaq və həll etmək üçün bir təşkilatı olsun". 

Ərdoğan müsəlmanların problemləri sırasında Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verilməsi zərurətini də söyləyib: "O müsəlmanlara biz dəstək verməyəcəyik, bəs kim verəcək?".

Ərdoğan dünyanın gündəmində olan bir mövzudan da danışıb. Deyib ki, Ağ dəniz üzərindən sınıq-salxaq qayıqlarda, gəmilərdə Avropaya axan milyonlarla insanın hamısı müsəlmanlardı: "Bu, bizim utanc səhifəmizdir. Əvvəllər Avropadan bizim torpaqlarımıza axın var idi. İndi bu axının tərsinə dönməsinin səbəblərini yaxşı təhlil etməmiz lazımdır". 

Ərdoğan deyib ki, yalnız Ağ dənizdə Türkiyənin xilas etdiyi və sığınacaq verdiyi qaçqınların sayı 100 min nəfərdən çoxdur. 

Daha sonra Zirvə iştirakçılılarına Türkiyəyə sığınan müsəlman qaçqınlarla bağlı qısa film izlətdirilib. 

Bundan sonra tədbir iştirakçılarına qısa salamalama nitqi üçün söz verilib. Tədbirdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev də açılış nitqi ilə çıxış edib.  

Daha sonra kiçik fasilə verilib. 

Zirvə toplantısı davam edir.   

İƏT 13-cü zirvə toplantısında Azərbaycanla bağlı xüsusi bir dünləmənin olması və ortaq qərara gəlinməsi gözlənilir.