XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 10:43

Nazir Ramil Usubov Bərdəyə gedib

Daxili işlər naziri, general polkovnik Ramil Usubov bu gün Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam,Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, baxışda gənclərin daxili işlər orqanlarında xidmət keçməsi üçün müraciətlərinə baxılıb, onlar müsabiqəyə cəlb olunublar.

Kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərinin diqqət mərkəzində saxlanılması üçün xidmətə namizədlərin seçilməsi nazirliyin yüksək rütbəli əməkdaşları və şəxsən nazir Ramil Usubovun başçılığı altında keçirilir.