XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 13:32

Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı –Açıqlama

tofiq-2

Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu Respublika Prokurorluğuna çağırılıb. 

Strateq.az xəbər verir ki, bu haqda "Basta”ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib:

"Bu gün səhər baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib. Tofiq Yaqublu dəvəti gəbul edib”.

Gülağa Aslanlı dəvətin səbəbinin məlum olmadığını bildirib və deyib ki, hazırda Tofiq Yaqublu Gülağa Aslanlı ilə birlikdə Neftçala rayonunda – şəhid Sadiq İmanovun yas mərasimindədir.

Xatırladaq ki, dünən Tofiq Yaqublu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb, onunla digər məsələlərlə yanaşı, həm də Azərbaycandakı son durum barədə söhbət edib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli prokurorluğa dəvətin mümkün səbəbi barədə "Basta”nın sualına cavab olaraq, bildirib ki, Tofiq Yaqublu ilə bağlı hər hansı hüququ prosedur qalmayıb.

"Yalnız Avropa Məhkəməsinin onunla bağlı qərarı icra edilməyib. Amma Tofiq Yaqublunun buna görə prokurorluğa dəvət olunduğu da inandırıcı deyil, çünki bu məsələ ilə Prezident Administrasiyasının İşlər İdarəsi məşğul olur”, – Nemət Kərimli deyib.

Qeyd edək ki, Tofiq Yaqublu ölkə başçısının əfv fərmanına əsasən, martın 18-də həbsdən azad edilib.