XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 15:48

Azərbaycanda xaricdə təhsil proqramıdayandırılır –Açıqlama

xaricde tehsil

Azərbaycanda 2016-cı il üçün xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşü zamanı deyib.  Nazirin sözlərinə görə, artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq. (APA)