XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 15:57

“Panama sənədləri”ndə ABŞ rəsmilərinin də adı var

panama

 

 

 

 

 

 

 

 

 

 

Panama sənədləri” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MTN) də bəzi gizlinlərinə işıq tutub.

Strateq.az-ın bildirdiyinə görə, sənədlər MKİ-nin öz fəaliyyətlərini gizlətmək üçün “Mossack Fonsec” şirkətindən faydalanıbmış.

Alman qəzeti “Süddeutsche Zeitung”un xəbərinə görə, bəzi ölkələrin kəşfiyyat idarələri fəaliyyətlərini ört-basdır etmək üçün Panama hüquq firması “Mossack Fonseca”nın xidmətlərindən faydalanıblar. Və bu məqsədlə saxta şirkətlər qurublar. Belə xəfiyyə təşkilatları arasında ən çox gözə dəyən isə MKİ-dir.

“Mossack Fonseca”nın müştəriləri arasında sanksiyalara baxmayaraq, İrana gizli silah satan və əldə edilən gəlirlə Nikaraquadakı kontra-gerillalara maliyyə dəstəyi verən ABŞ rəsmilərinin də adı var. Həmçinin Səudiyyə Ərəbistanı, Kolumbiya və Ruandada xidmət göstərən və ya onlara məxsus xəfiyyə idarələri üçün çalışan casusların da bu Panama şirkətiylə əlaqələri ortaya çıxıb.

Dünyanı silkələyən və liderləri çətin vəziyyətdə qoyan 11 milyondan çox “kompromat”dan ibarət olan Panama sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən hazırlanıb. Araşdırması hələ də davam edən sənədlərin detallarının may ayından etibarən açıqlanacağı gözlənilir.