XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 21:11

Dollara tələbin azalmasının sirri… –Tanınmış iqtisadçı səbəbləri açıqladı

vuqarbayram-1.jpg

"Dövlət Neft Fondu bu gün cəmi 2.4 milyon dollar satıb. Hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır. Aprelin əvvəllərində dollara tələbin yüksəlməsinə baxmayaraq, yenidən bankların xarici valyuta alışı aşağı düşüb".

Strateq.az xəbər verir ki, bunu dollara tələbin azalmasına münasibətini açıqlayan tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanaşı, həmçinin məşhur "FİTÇ" agentliyinin manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı ilə bağlı açıqlaması ilə əlaqədardır:

"Bundan sonra bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər. Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilməkdədir. Belə görsənir ki, banklarımız Londonda yerləşən "FİTÇ" şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar".

Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görsənir:

"Amma hiss olunur ki, Mərkəzi Bank bunu uzun müddət davam etdirə bilməyəcək. Bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görsənmir. Mərkəzi Bankı hələlik milli valyutanın məzənnəsini özü üçün müəyyənləşdirdiyi kordiorda nizamlamaq niyyətindədir".

Strateq.az