XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 21:04

Almaniya razılıq verdi- Ərdoğanı ələ salan aparıcı ilə bağlı cinayət işi başladıldı

erdogan

Almaniya hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı satirik videorolik hazırlayan teleaparıcı Jan Byomeranla bağlı cnayət  təhqiqatının başladılmasına razılıq verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib.

Merkel bildirib ki, Almaniya Prokurorluğunda Türkiyə hökumətinin istəyinə uyğun olaraq ZDF kanalının əməkdaşı haqqında cinayət işi başladılıb. Onun sözlərinə görə, prokurorluq jurnalistin məlum addımının qanuni olub-olmadığını araşdıracaq. 

Qeyd edək ki, Ankara teleaparıcını Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham edərək israrla onun barəsində cinayət təqibinin başladılmasını tələb etmişdi. 

İttiham sübuta yetirilirsə, jurnalisti 5 ilədək həbs cəzası gözləyir.