XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 00:58

Ermənistanın ikinci prezidentinə hücum –Evinə əl qumbarası atıldı

koacryan

İrəvan polisi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə hücum xəbərinə görə onun evinə gəlib.

Ermənistan Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aqaronyan mediaya açıqlamasında Köçəryanın villasına əl qumbarası (qranat) atıldığı barədə polisə məlumat daxil olduğunu bildirib.

Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparırlar. Hadisənin detalları haqqında məlumat verilmir(Axar.az).

Xatırladaq ki, cəbhə xəttində baş verən son gərginlikdən sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryanın da siyasətə qayıtdığı barədə məlumat yayılıb.