XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 22:24

Putin, Medvedev və Peskovun gəlirləri açıqlandı- Rəsmi deklarasiya

putin peskov

2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 8,9 milyon rubl (134 min dollar) olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat Putinin Kremlin rəsmi saytında dərc olunan gəlir deklarasiyasında yer alıb.

2014-cü ildə Rusiya prezidentinin gəliri daha az – 7,65 milyon  (113,6 min dollar) olmuşdu.

Deklarasiyada Putinin mülkiyyəti belə göstərilib – torpaq sahəsi, 2 mənzil, iki qaraj, QAZ M-21, QAZ M-21-R və Niva avtomobili. Sənəddə Putinin subay olduğu qeyd olunub.

Putinin mətbuat katibi Dmitri Peskova gəlincə, 2015-ci ildə onun gəliri 36,7 milyon rubl (552 min dollar) olub. Bir il əvvəl isə bu rəqəm 9,18 milyon idi.

Peskovun mülkiyyətində 3 mənzil, bir avtomobil dayanacağı, bir «Toyota» və bir «Land Cruiser 200» avtomobili var. Xanımı Tatyana Navka ilə birgə isə onların 4 mənzili (biri ABŞ-da), bir mülkü, 2 həyətyanı sahəsi var. Bununla yanaşı, Navkanın özünün 4 avtomobili var.

Rəsmi deklarasiyaya görə, Rusiya baş naziri Dmitri Medvedevin 2015-ci ildə 8,8 milyon rubl qazancı olub.