Erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb.
Müdafiə Nazirliyindən "Trend"ə bildirilib ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.
Xatırladaq ki, aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribat törətməsi nəticəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi – kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə bu günə qədər məlumat əldə etmək mümkün olmayıb.