XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 16:23

BP indiyədək Azərbaycana neçəmilyard sərmayə yatırdığını açıqladı

BP

Dünyanın ən böyük enerji şirkətlərindən olan İngiltərənin “British Petroleum” (BP) şirkəti və onun tərəfdaşları bu vaxtadək Azərbaycandakı neft-qaz layihələrinə və digər sahələrə 70 milyard dollardan çox sərmayə yatırıb.

Bu barədə BP-nin yaydığı məlumatda deyilir. Bildirilir ki, BP Azərbaycandakı layihələrə sərmayə yatırmağı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, BP Azərbaycanın neft-qaz sektorunda ən iri xarici investorudur. Şirkət “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) neft-qaz yataqlar bloku, “Şahdəniz” qaz-kondensat yatağı, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin səhmdarıdır.