XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 18:23

Obama Silahlı Qüvvələrin rəhbərliyinəqadın generalı namizəd göstərdi - FOTO

robinson

ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığına rəhbərlik qadın general Lori Robinsona həvalə olunacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı generalın bu vəzifəyə namizədliyini prezident Barak Obama irəli sürüb.

Konqres də təsdiqləsə, xanım Robinson yeni işinə başlayacaq və o, ABŞ-ın kontinental hissəsinə nəzarət edəcək.

ABŞ Konqresinin təsdiqindən sonra Lori Robinson eyni zamanda Şimali Amerikanın aerokosmik müdafiə üzrə birləşmiş komandanlığna da rəhbərlik etmiş olacaq.

Robinson dörd ulduzlu generaldır. Bu, Amerika Silahlı Qüvvələrində ən yüksək rütbə hesab olunur. ABŞ-da ondan başqa daha iki hərbiçi qadın bu rütbəyə yüksəlib.

ABŞ müdafiə naziri Eşton Karter Robinsonun peşəkar olduğunu deyib və onu məlum vəzifəyə ən layiqli namizəd hesab edib.