XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 20:04

Prezidentdən yeni sərəncam –DİM-ə iki müavin təyin olundu

Ilham Eliyev

Prezident İlham Əliyev Azərbaycanda yeni yaradılan Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasın sədrinin yeni müavinlərinin təyinatı ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, DİM yaradılana qədər N.Babayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B.Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

DİM adları çəkilən hər iki qurumun bazasında yaradılıb.