XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 00:20

İran-Pakistan hərbi təlimi:İndi də Səudiyyə Ərəbistanı təklənir

 

İran ile Pakistan'dan ortak deniz tatbikatı

İran və Pakistan birgə hərbi dəniz manevri keçirəcək.

Strateq.az bildirir ki, İran Dəniz Qüvvələri komandiri admiral Həbibullah Səyyari öz ölkəsinə məxsus İSNA agentliyinə verdiyi açıqlamada belə deyib. Xəbərə görə, Pakistan Donanmasına aid iki döyüş gəmisi bu məqsədlə İranın Bəndər Abbas limanına gəlib.

Səyyari Pakistan döyüş gəmilərinə 3-4 gün ev sahibliyi edəcəklərini bildirərək, deyib: "Pakistan flotuyla bir günlük ortaq manevr keçirəcəyik".

Qeyd edək ki, Pakistan İranın bölgədə ən qatı rəqibi sayılan Səudiyyə Ərəbistanının ən çox güvəndiyi islam ölkələrindən biridir. Hətta Pakistanın sahib olduğu atom silahlarının ərsəyə gəlməsində Səudiyyənin neft kapitalının mühüm rol oynaması barədə qənaətlər mövcuddur. Bu səbəbdən də İranla Pakistan arasında keçirilməsi gözlənilən bir günlük hərbi təlimin siyasi anlamı hərbi mahiyyətindən daha dərindir.

Bu hərbi əməkdaşlığın İƏT-in İstanbul sammitindən dərhal sonraya düşməsi də maraq doğurur. Xatırladaq ki, sammitin yekun bəyannaməsinə İran əleyhinə bir neçə maddə salınsa da, toplantıdan narazı ayrılan Səudiyyə Ərəbistanı olmuşdu. Narazılığın səbəbi hələlik açıqlanmasa da, kral Salman sammitin sonunu gözləmədən Türkiyəni səssiz-səmirsiz tərk etmişdi. Halbuki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan onu xüsusi təmtəraqla qarşılamışdı. Görünür, buna görə də, hər kəs kralın qarşılandığı kimi öz adına layiq şəkildə yola salınacağını gözləyirdi. Onun təntənəsiz və qəfil gedişi istər-istəməz beyinlərə müxtəlif suallar gətirir. Bu sualların cavabı zamanla ortaya çıxacaq.

Hələlik isə, görünən budur ki, müttəfiqləri yavaş-yavaş Səudiyyə krallığını tək buraxmağa qərar veriblər.