XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 14:58

İran S-300 raketlərini alıb:Nüvə sazişinin taleyi sual altında

 

İran, Rusya'dan aldığı füzeleri sergiledi

İran Rusiyadan aldığı S-300 raketlərini nümayişə çıxartdı.

Strateq.az xəbər verir ki, bu məlumatı ölkənin İSNA agentliyi yayıb.

Agentliyin bildirdiyinə görə, şəkillərini gördüyünüz bu raketlər ənənəvi olaraq hər il keçirilən hərbi paradda sərgilənib.

İran S-300 raketlərini 2007-ci ildən bəri almaq istəyir və Rusiyayla müvafiq müqavilələr bağlamışdı. İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində Rusiya raketləri İrana təhvil vermirdi. Moskvanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi Tehranın beynəlxalq məhkəməyə belə müraciət etməsinə səbəb olmuşdu.

Ötən il bağlanan nüvə sazişiylə İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən faydalanan Rusiya İranın pulunu ödədiyi raketləri təhvil verməyə həvəslənmişdi. Fəqət yenə ABŞ və İsrailin basqılarıyla üzləşərək, bu addımı atmağa tərəddüd edir, belə bir niyyətinin olmadığını bildirirdi. Bu gün nümayiş olunan S-300-lər artıq bu addımın atıldığından xəbər verir.

Maraqlıdır ki, İran rəsmiləri də bir neçə gün öncə “Qüds” batalyonunun komandiri general Qasım Süleymaninin S-300 raketlərini təhvil almaq üçün Moskvaya getdiyini etiraf etmişdilər.

S-300-lər raket zərbələrindən müdafiə silahlarıdır. Orta mənzilli raketlər olan bu silahla strateji əhəmiyyətli obyektlərin mühafizəsini qarantiya altına almaq mümkündür. İran S-300-lərlə yaradacağı raket qalxanı sayəsində nüvə enerji obyektlərini qoruyacağını bildirsə də, xarici dövlətlər başqa təhlükələrdən ehtiyatlanırdılar. Onların fikrincə, nüvə silahı istehsal etmək istəyən Tehranın əsas məqsədi həmin obyektlərin müdafiəsidir.

Nüvə sazişi bağlamaqla İran bu şübhələrə, nəzəri olaraq, son qoymağı hədəfləsə də, sözügedən anlaşma hələ ki qüvvəyə minməyib. Həm İran, həm də ABŞ parlamentlərinin təsdiqindən sonra müqavilənin qüvvəyə minməsi mərhəsi başlaya bilər. Yəhudi lobbilərinin fəaliyyəti nəticəsində ABŞ konqresinin sazişə imza atıb-atmayacağı isə bəlli deyil. Həmçinin İranın ali siyasi iradəsi sayılan və parlamentdə qəbul olunan qərarları öz fitvalarlarıyla dayandırmaq hüququna malik olan dini rəhbəri də sazişə müsbət yanaşmır. Bu əngəllər nüvə sazişinin taleyini şübhə altına alır, onun adi bir kağız parçasından ibarət olacağı ehtimalını yaradır.

İranın belə bir vəziyyətdə S-300 raketlərinə sahib olması onun nüvə ölkəsinə çevrilməsinin əleyhinə gedən qüvvələrin işini daha da çətinləşdirir.

Heydər Oğuz

Strateq.az