XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 18:12

“İran Rusiya-Səudiyyə razılaşmasına qoşulmamaqla…” –İqtisadçıdan Doha açıqlaması

rovsen-agayev

"Dohadan gələn xəbərlər göstərir ki, İran və Səudiyyənin ortaq məxrəcə gəlməməsi neftin qiymətinin artımı ilə bağlı gözləntiləri doğrultmaya bilər". 

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, çoxdandır İran bu məsələdə inad gösərir, yaxın zamanlarda gündəlik hasilatı hazırkı 3.2 miyon barreldən 4 milyon barrelə artırmayanadək heç bir sazişdə iştirak etməyəcəyini bəyan edir:

"Əgər İranın hesablamaları və yanaşması stratejidirsə, yaxın və orta müddətli dövrdə neftin qiymətinin çox yüksək olmasında İran da maraqlı deyil. Qərblə saziş onsuz da İranın iqtisadi potensialının güclənməsi üçün böyük imkanlar yaradır. İranın təbii resurslara bağlı iqtisadiyyatından kənar kifayət qədər geniş potensiala və perspektivə malik qeyri-resurs iqtisadiyyatı var. 

Bəlkə yanılıram, amma müşahidələr və İranın davranışları, həmçinin reaksiyaları onu deməyə əsas verir ki, İran Rusiya-Səudiyyə razılaşmasına qoşulmamaqla, bir güllə ilə 2 quş vurur: bir tərəfdən inkişafını qeyri-resurs iqtisadiyyatının relsləri üzərinə keçirməyi təmin edir, o biri tərəfdən də əbədi düşməni Səudiyyəni, regiondakı əsas rəqibi Rusiyanı dirçəlməyə qoymur. 

Nəzərə alaq ki, İrandan fərqli olaraq Səudiyyənin neftdənkənar inkişafını təmin edəcək alternativ iqtisadiyyatı yoxdur. Qiymətlərin uzun müddətə ucuz qalması Səudiyyə üçün çox qaranlıq gələcək vəd edir. 

İranın isə Qərblə anlaşması, Qərb kapitalının sürətlə ölkəyə daxil olması imkanı, hətta indiki qiymətlər şəraitində İran üçün iqtisadi dirçəliş vəd edir…".