XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 20:41

Ekvadorda baş verən zəlzələdə ölənlərin sayı 233 nəfərə çatıb –Video

zelzele-Ekvador

Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb. 

Bunu bu gün Ekvador prezidenti Rafael Korrea bəyan edib.

Dövlət orqanlarının məlumatına görə, faciə nəticəsində 1500-dən çox insan xəsarət alıb.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

AZƏRTAC “CNN” telekanalına istinadla xəbər verir ki, ölkənin vitse-prezidenti Xorge Qlas təxminən 600 nəfərin yaralandığını və ölənlərin sayının artması ehtimalının yüksək olduğunu bildirib. Ölkənin altı əyalətində fövqəladə vəziyyət rejimi hələ də qüvvədə qalır.

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi gözlənilən sunami təhlükəsinin artıq sovuşduğunu bəyan edib. Buna görə də Xorge Qlas sunami təhlükəsi ilə əlaqədar evlərini tərk edən vətəndaşları geri qayıtmağa çağırıb.

Zəlzələdən dərhal sonra Ekvador Daxili İşlər Nazirliyi dəniz sahilinə yaxın ərazilərin 72 saat ərzində əhali üçün qapalı olduğunu elan edib. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.

Ekvadorda çoxlu insan tələfatı ilə nəticələnən sonuncu güclü zəlzələ 1987-ci ildə baş vermişdi. Həmin vaxt 7,2 bal gücündəki zəlzələ min nəfərin ölümünə səbəb olmuşdu.