XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

17 Aprel 2016 - 22:40

Doha görüşü nəticəsiz bitdi:Neft hasilatı dondurulmadı

doha-1

Neft hasil edən ölkələrin Doha görüşü nəticəsiz başa çatıb. 

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Görüşdə neft ölkələri hazırda bazarın fevral ayına nisbətən daha sağlam olduğunu və göstəricilərin yaxşılaşdığını bildiriblər. Növbəti görüşün iyun ayında Vyanada keçirilməsi nəzərdə tutulub (Axar.az). 

Qeyd edək ki, bu gün Qətərdə neft hasil edən ölkələr hasilatın dondurulması ilə bağlı konfrans keçiriblər. İran konfransa qatılmayıb və hasilatı dondurmayacağını bəyan edib. Səudiyyə Ərəbistanı isə konfrans zamanı İranın bu görüşə qatılmasını istəyib və sonradan hasilatı dondurmayacağını söyləməyib. 

Strateq.az xəbər verir ki, hasilatın dondurulmasına tərəfdar olan Azərbaycanı Dohada energetika naziri Natiq Əliyev təmsil edirdi.