XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 07:27

Yəhudi nəşri:Ərdoğan da Avropaya Putin kimi yanaşmağa başlayıb – Təhlil

Gideon Liçfild

Quartz (ABŞ), 18 aprel 2016

merkel erdogan

Avropada qaçqın böhranından kimsə səmərə götürə bilərsə, bu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, martda bir neçə milyard avro maliyyə yardımı ayrılmasına, Türkiyə vətəndaşları üçün vizasız səfərə və Türkiyənin Avropa Birliyinə artıq 29 il davam edən daxilolma prosesinə özəl diqqət ayrılması vədinə nail oldu.

Onun bu uğurlarının sirri nədədir? Türkiyə Yaxın Şərq ölkələrindən Avropa Birliyinə üz tutan qaçqınların yolunda tranzit ölkə olmaqla Avropaya yollanan suriyalı qaçqınların axınını nizamlaya və nəzarətə götürə bilir. Türkiyə martda yuxarıda sadalanan güzəştlərin əvəzində Avropaya yol alan qaçqınlaırn yolunu bağlamağa söz verdi. Lakin Ərdoğana nəsə daha böyük bir şey lazımdır.  

Ərdoğan hazırda Türkiyənin daxilindəki narazılığı boğmaqla  kifayətlənməyi istəməyərək Almaniya televiziyasının proqramlarından birində onun haqqında haqda satirik şeir oxumuş alman komiki Yan Böhmermanı təqibə başlayıb öz senzurasının hüdudlarını genişləndirməyə cəhd edir. Almaniya kansleri Angela Merkel hamının hiddətinə rəğmən, bu həftə xarici ddövlətlərin təmsilçilərinin təhqiri haqda Almaniya qanununa istinad edərək Böhmermanın təqibinə razılıq verdi. Lakin çox ehtimal ki, bu proses heç nəyə gətirib çıxarmayacaq, prosesin başlanması faktının özü isə Türkiyə liderinin artan nüfuzunun sübutudur.

Ərdoğan Avropa Birliyinə basqı göstərmək səylərində getdidkcə daha çox Avropa ilə həmsərhəd digər ölkənin avtoritar liderini, yəni Putini xatırlatmağa başlayır. Rusiya Avropaya təbii qaz tədarükünə nəzarət edir və öz nufuzundan yararlanır ki, Ukraynadakı məqsədlərinə nail olsun. Eyni zamanada Avropa Birlriyinin Rusiya qazından asılılığını azaltmaq üçün üsulları varsa da, qaçqın axınını doğuran münaqişələri nizamlamaqda, demək olar, heç bir imkanı yoxdur. Bu arada Rusiyadan fərqli olaraq Türkiyənin daha bir üstünlüyü var: o, NATO-nun üzvüdür. Bu qayda ilə Ərdoğan yalnız Avropa Birliyinə üzv olmağa iddia etməklə özünü Putin kimi aparırsa, Türkiyə AB-nin tərkibinə daxil olarkən özünü necə aparacaq?

 

Tərcümə Strateq.az-ındır.