XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2016 - 11:10

Ərdoğan Bakıya gələcək –7-ci Qlobal Forumu

erdoqan-24

25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Bu barədə Strateq.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.