XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 11:54

Köçəryanın evinə bomba atılması –Siyası analitik Sərkisyanın devrilməsinə hazırlıq getdiyini deyir

RA President Robert Kocharyan gives a press conference

Siyasi analitik Stepan Safaryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə hücumla bağlı məlumatlara müraciət edib.

Ermənistan mətbuatının xəbərə görə, o deyib ki, populyar erməni saytları tezliklə təsirli süjetli böyük həcmdə analitik materiallar yayacaqlar.

Onun fikrincə, həmin materiallarda qeyd ediləcək ki, Köçəryanın mənzilinə qumbaranın atılmasının səbəbi onun Qarabağ məsələsində vətənpərvərlik, kompromissiz mövqe nümayiş etdirib, ancaq Serj Sərkisyan və Levon Ter-Petrosyan Qarabağı vermək üçün birləşiblər.

Safaryanın sözlərinə görə, həmin materiallarda eyni zamanda qeyd ediləcək ki, aprel müharibəsi zamanı xalq hakimiyyətə qarşı həmrəylik nümayiş etdirib və Qarabağı geri qaytarmayacaq yeganə şəxs Köçəryandır və o, bu mübarizəyə rəhbərlik edə bilər, onu isə qorxutmağa çalışırlar.

 “O, ancaq qorxanlardan deyil. Təsadüfi deyil ki, qumbara Köçəryanın Moskvada yüksək səviyyədə keçirdiyi görüşlər zamanı atılıb. Biz onun ərtafında birləşməliyik. O, milli-demokratik inqilab reallaşdıracaq, oliqarx iqtisadiyyatına və kriminallaşmaya son qoyacaq. Biz isə onun yanında olmalıyıq”, – Safaryan qeyd edir ki, həmin materiallarda belə iddialar da səslənəcək.

O, özünün Facebook shifəsində bunları da yazıb: “Mənim dediklətimi yaddan çıxarmayın, zarafat etmirəm”. 

Modern.az