XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 15:08

Rusiyanın enerji naziri:“Hər şeyi Səudiyyə Ərəbistanı etdi”

 

Rusya'dan Suudi Arabistan'a Doha suçlaması

“Doha sammitinin nəticəsiz qalmasında Səudiyyə Ərəbistanı günahkardır”.

Strateq.az xəbər verir ki, bu iddianı Rusiyanın enerji naziri Aleksandr Novak irəli sürüb.

Nazirin “Ria Novosti” xəbər agentliyinə verdiyi açıqlamasına görə, dünən Qətərin paytaxtı Dohada keçirilən sammitdə hər şey birdən-birə neqativ hal almağa başlayıb.  Bunun səbəbi isə Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələrinin son anda mövqelərini dəyişdirmiş olmalarıdır: “Sammitdən əvvəl bir çox ölkə istehsalı dondurmaqda maraqlı idilər və bir razılaşmaya istəkli görünürdülər. Ancaq son dəqiqədə Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələrinin fikri dəyişdi. Bu uğursuz nəticə neft bazarlarına da mənfi təsir göstərə bilər”.

Qeyd edək ki, Doha sammitinin uğursuz nəticəsindən sonra həqiqətən də dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. Gün ərzində bir barrel Brent markalı neftin qiyməti 40.58 dollara düşüb.