XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 15:35

Qubada fəlakət –Sel kəndlərlə rayon mərkəzi arasındakı əlaqəni kəsdi (VİDEO)

sel-felaket

Şimal bölgəsinə yağan yağışlar Quba rayonunda ciddi fəsadlarla törədib.

ANS TV-nin hazırda Qubanın dağ kəndi Xanəgahda olduğunu deyən müxbiri bildirib ki, dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub.

"Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin – yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub.

Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də, hələ ki ərazidə heç bir texnika görünmür. Rayon Fövqalədə Hallar Komissiyasından isə selin vurduğu fəsadın tezliklə aradan qaldırılacağı bildirilib”, – deyə müxbir son məlumatları çatdırıb.