XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2016 - 16:49

“Azərbaycan zirehli maşın istehsalına başlayır”-Açıqlama

zirehli-masin-

“Biz nəzərdə tutmuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək".

Bunu Malayziyada keçirilən sərgidə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib. 2017-ci ildə həmin maşınların seriyalı istehsalına başlamaq planlaşdırılır. 

Nazir sərgidə əsas məqsədin yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava-yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi, istehsalının təşkil edilməsi olduğunu söyləyib.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir.


anspress.com