XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 20:29

“Kommersiya sirlərini əldə edən vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik –FƏRMAN

vergiler

Bu gün Prezident İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında yeni Fərman imzalayıb.

Strateq.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973) ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

1. 7-ci hissədə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil” sözləri “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

2. 8-ci hissədə “Xüsusi Rejimli Vergi Xidməti” sözləri “1 saylı Vergilər” sözləri ilə əvəz edilsin.

3. 9-cu hissədə “Vergi Auditi” sözləri “Bakı Vergilər” sözləri ilə əvəz edilsin.