XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 23:10

“Sərkisyanın Xankəndinə gəlişində iki məqsəd var…” –Ekspertdən sensasion təhlil

elxan-sahinoglu-esas

"Ermənistan prezidenti Serj Sərkisyanın Xankəndinə gəlməsində iki məqsədi var. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb".

Strateq.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir:

"Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun. Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir. Yəni Sərkisyan ona ümid edir ki, Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin və o, beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur.

Ona görə də Sərkisyana bu fürsəti vermək lazım deyil, görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq, yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib, çıxıb gedəcək".

Elxan Şahinoğlu bildirir ki, Azərbaycan isə öz işini davam etdirməlidir:

"Hər gün, hər saat işğalçı qüvvələr snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlkitək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sərkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar".