XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 23:36

Putinlə Obama Türkiyəni müzakirə ediblər

Obama ve Putin Türkiye sınırını görüştü

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-lı həmkarı Barak Obama arasında bu gün telefon danışığı olub.

Strateq.az xəbər verir ki, iki lider Suriya məsələsini müzakirə ediblər. Tərəflər atəşkəsin davamı məsələsində fikir birliyinə gəliblər.

Kremldən verilən açıqlamaya görə, bundan əlavə, Putin əsasən iki məsələni Obamanın diqqətinə çatdırıb-Suriya müxaliflərini İŞİD və əl-Nüsra silahlılarından ayırmağın və Suriya ilə Türkiyə sərhəddinin bağlanmasının vacibliyini. Putinin fikrincə, terrorçular Türkiyə üzərindən Suriyaya keçirlər. Əgər sərhədlər bağlansa, bu təhlükənin də qarşısı böyük ölçüdə alınar.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın BMT-dəki səfiri eyni fikirləri irəli sürərək, Təhlükəsizlik Şurası qarşısında sərhədlərin bağlanması məsələsini qaldırmışdı.