XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 10:46

Rusiyanın Qarabağ planı – Nazir açıqladı
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində aparılan danışıqlarda tərpəniş etmək istəyir”.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.
O bildirib ki, bu irəliləyişin necə baş verəcəyi hələlik dəqiqləşməyib. Nazir əlavə edib ki, növbəti görüşlərdə bu məsələ müzakirə olunacaq və danışıqların istiqaməti müəyyən olunacaq:
“Ola bilsin ki, yaxın vaxtarda həll üçün olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatında olacaq. Tək Rusiya deyil, Fransa və ABŞ da danışıqlarda fəal iştirak etməkdə maraqlıdır”.