XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 09:20

Venesuela ABŞ-ı ittiham etdi –Neftin hasilatını "dondurmağa" qoymadı

Venesuela-nazir

Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulqio del Pino Dohada neft hasil edən ölkələrin toplantısının nəticəsiz başa çatmasının əsas səbəblərindən birinin  ABŞ-ın iştirakçılara təzyiq göstərməsi oluduğunu deyib.

Bu barədə ABŞ-ın “Röyter” agentliyi məlumat verib.

Rusiyanın “Ria Novosti” agentliyinin məlumatına görə isə Venesuela rəsmisi  qeyd edib ki, 18 neft hasil edən ölkənin Dohada bir araya gəlməsi ABŞ tərəfindən öz imperaiya maraqlarına təhlükə kimi qiymətləndirilib.

Onun sözlərinə görə, görüşdən bir həftə əvvəl ABŞ Dövlət katibi bütün Fars körfəzi ölkələrinə səfər edib. Onun məqsədi  bu ölkələri Dohada neft hasilatının “dondurulması”na razılıq verməməyə inandırmaq olub: “Bu bizim ölkəmizə qarşı müahirbədir.  Çünki hesab edirlər ki, neftin ucuzlaşması Venesuelanın işini bitirəcək.  Aydındır ki, bu iqtisadi təzyiq elemetləri ilə müharibədir”.

Neft hasil edən ölkələrin Doha görüşündən əvvəl neftin nəzərəçarpacaq dərəcədə bahalaşması müşahidə olunurdu. Doha görüşünün nəticəsiz başa çatmasından sonra ekspertlər neftin qiymətinin 30 dollara qədər ucuzlaşa biləcəyini istisna etmirlər.

Strateq.az