XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 09:39

Davudoğludan  Avropaya ultimatum –“İyuna qədər zaman var”

Əhməd Davudoğlu

Brüssel Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi ilə bağlı vədinə əməl etməsə,  Ankara Avropa İttifaqı ilə qeyri-leqal miqrantlarla bağlı razılaşmaya əməl etməyəcək.

Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib: “Bu məsələlərlə bağlı  qarşılıqlı razılaşmalar əldə edilib. Əgər Avropa İttifaqı zəruri addımlar atmasa, Türkiyənin  eyni cür hərəkər etməyəcəyini ehtimal etmək axmaqlıq olardı”.

ABŞ-ın “Röyter” agentliyinin məlumatına görə, Davudoğlu Ankaranın öz üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməsi üçün maksimum səy göstərdiyini vurğulayıb: “Mən təsəvvür edə bilmirəm ki, Avropa İttifaqı bizim birgə nail olduqlarımızdan sonra öz mövqeyini dəyişə bilər”.

Baş nazirin sözlərinə görə, Türkiyə öz öhdəliklərini may ayına qədər yerinə yetirib, tamamlayacaq. İyun ayında isə viza rejimin ləğv olunması qərarının veriləcəyini gözləyir:  “Əgər bu baş verməsə, heç kim gözləməsin ki, biz razılaşmaya əməl etməkdə davam edəcəyik”.

Xatırladaq ki, bundan əvvəl aprel ayının ilk günlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Avropa İtifaqını razılaşmaya əməl etməməkdə günahlandırmışdı.

Xatırladaq ki,  fevral ayında Ankara ilə Bürseel arasında əldə olunan razılaşmaya görə, Türkiyə qeyri-leqal miqrantları Avropaya buraxmamaq öhdəliyi götürüb. Əvəzində Ankaraya 3 milyard avro maliyyə yardımı almaq və ölkə vətəndaşları üçün Avropa İttifaqına vizasız giriş rejiminin tətbiq ediləcəyi  vəd olunub.

Strateq.az