XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 10:10

ABŞ-ı düşündürən sual:NATO-da qalmalımı, qalmamalımı?

 

ABD, NATO bütçesini tartışıyor

ABŞ NATO-da qalmalıdırmı?

Strateq.az xəbər verir ki, bu sual hazırda ABŞ ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib.

Xüsusilə, seçki prosesi dövründə prezidentliyə namizədlərin masaya yatırdıqları bu suala münasibət isə birmənalı deyil. NATO üzvlüyünə müsbət baxanlar da var, baxmayanlar da. Mövqeyindən asılı olmayaraq, hər iki tərəfi eyni nöqtədə birləşdirən bir həqiqət var: NATO-nun maliyyə yükü əsasən ABŞ-ın çiyninə düşür.

Demokrat Partiyanın namizədi olmaq üçün yarışan Klinton və Sanders ötən cümə axşamı günü qatıldıqları debat proqramında ABŞ-ın NATO üçün xərclədiklərini müzakirə ediblər. İki namizəd də ölkələrinin digər NATO üzvlərindən daha çox hərbi xərclərə pul ayrıdığını qəbul edib və müttəfiqlərinin də bu məsələdə səxavətli davranmasının lazım olduğunu söyləyiblər. Respublikaçı namizəd Trump isə baltanı lap dibindən vurub: “Çox məsrəfli olduğundan ABŞ-ın NATO üzvlüyü təkrar gözdən keçirilməlidir”.

Bəs, namizədləri bu qədər narahat edən nədir? Daha konkret desək, NATO-nun büdcəsində ABŞ-ın payı nə qədərdir?

 

NATO-nun rəsmi məlumatına görə, ABŞ 650 milyard dollarlıq hərbi büdcəsiylə ilə digər 27 üzvün ümumi məsrəflərinın iki qatından daha çox pul xərcləyir. NATO-nun hazırda 900,5 milyard dollarlıq büdcəyə sahib olduğunu nəzərə alsaq, ABŞ-ın müdafiəyə ayırdığı vəsait ümumi büdcənin 3/2-dən, təxminən, 50 milyard dollar artıqdır. Hətta ümumi büdcənin 3/2-dən geriyə qalan bu rəqəm-50 milyard dollar belə Fransa və Almaniyanın müdafiə büdcəsindən xeyli çoxdur. Fransa bu il müdafiə sahəsinə 44, Almaniya isə 40 milyard dolllar pul ayırıb. İngiltərənin NATO büdcəsindəki payı da o qədər çox deyil-60 milyard dollar. Yəni ABŞ-ın hərbi büdcəsinin cəmi 9%-i.

Avropanın ən böyük iqtisadi gücləri sayılan Almaniya və Fransanın bu az büdcə ilə NATO-nun quruluşu üçün imza atıqları  müqaviləyə belə əməl etmədikləri ortaya çıxıb. Müqaviləyə görə, hərbi alyansa üzv olan dövlətlər Ümum daxili məhsullarının (ÜDM), ən azı, 2%-i müdafiə sahəsinə ayırmaq məcburiyyətindədir.  Amma Fransa ÜDM-nun cəmi 1.8%-ni, Almaniya isə 1.18%-ni müdafiə sahəsinə xərcləyir.

NATO müqaviləsinin bu tələbinə isə 28 üzvdən yalnız 5-i əməl edir-ABŞ, Yunanıstan, Polşa, Estoniya və İngiltərə. ABŞ  ÜDM-nun 3,62%-ni bu sahəyə ayırmaqla ən səxavətli NATO ölkəsi kimi ön plana çıxır. Onu 2.46%-lə Yunanıstan izləyir. Halbuki, bu ölkə NATO üzvləri içərisində iflasla üzləşən yeganə dövlətdir. Bununla belə, Yunanıstan  Almaniya və Fransadan daha səxavətli davranaraq, müdafiə xərclərini ikinci plana atmır.
Görünür, ABŞ siyasilərini qıcıqlandıran da elə budur. Necə deyərlər, Azərbaycan mentalitetiylə ifadə etsək, “adam ac olar, kişi olar”.

Məsələyə məhz bizim qanacaqdan baxanda, Trupm cənablarına haq verməmək mümkün deyil: Axı, qarnını əhdindən üstün tutanların cərgəsində ABŞ-ın nə işi var?

Heydər Oğuz

Strateq.az